DataLife Engine / Türkiyə "Cövhər Dudayev" parkı açdı - Moskva qəzəbləndi...

Türkiyə "Cövhər Dudayev" parkı açdı - Moskva qəzəbləndi...


Türkiyə  "Cövhər Dudayev" parkı açdı - Moskva qəzəbləndi...


Türkiyə "Cövhər Dudayev" parkı açdı - Qarabağda etdiklərini “unudan”Moskva qəzəbləndi..

"Kreml general Rüstəm Muradovun Araik Arutyunyanla qucaqlaşıb öpüşməsini və erməni faşist terrorçu Qaregin Njdeyə abidə qoyulmasını unutmasın..."

Türkiyənin şimal-qərbindəki Kocaeli vilayətinin Körfez qəsəbəsində 1990-cı illərin əvvəlində başlanan Çeçen azadlıq hərəkatının lideri Cövhər Dudayev adını daşıyan park açılıb.

Tv 713.az xəbər verir ki, bu haqda yerli “Sabah” qəzeti məlumat yayıb.

Mehtər marşı sədaları altında təntənəli açılış tədbirinə bələdiyyə başqanı, bələdiiyyə və hökumət üzvləri ilə yanaşı, Kocaeli hərbi qarnozunun komandiri də qatılıb. Natiqlər Dudayevi “azadlıq uğrunda mübarizə”nin simvolu adlandırıb...

Türkiyədə Çeçenistan azadlıq lideri adına park açılması rəsmi Moskvanı qəzəbləndirib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Türkiyəni “Çeçenistandakı separatçı hərəkatın lideri”nə abidə qurulması, yerli hakimiyyətin Dudayevi “azadlıq uğrunda mübarizənin simvolu” adlandırmasına görə “qınayıb”. Rusiya rəsmisi “terrorçuların abidələri ilə bağlı Rusiyanın prinsipial mövqe tutduğunu vurğulayıb”.

Müşfiq
Tv 713. az
17-12-2021, 16:56
Вернуться назад