DataLife Engine / Paşinyan 2016 danışıqlarını açıqladı

Paşinyan 2016 danışıqlarını açıqladı


Paşinyan 2016 danışıqlarını açıqladı


2016-c ildə (Aprel savaşından sonra - red.) Ermənistan Qarabağ danışıqları ilə bağlı faciəvi təklif aldı.

Tv 713 .az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“2016-cı ildə Minsk Qrupunun həmsədrləri üç təkliflər paketi təqdim etdilər. Hansı ki, həmin paketdə 2011-ci ildən bəri ilk dəfə olaraq Dağlıq Qarabağın aralıq statusu məsələsi yer almadı. Faciə bunda deyil. Heç kim demir ki, bu danışıqlara əsasən Dağlıq Qarabağın müvəqqəti statusu məsələsi BMT Təhlükəsizlik Şurasına həvalə edilirdi”, - baş nazir əlavə edib.

Paşinyanın sözlərinə görə, bütün bu illər ərzində erməni tərəfi Qarabağ məsələsinin yekun həllini Minsk Qrupunun öhdəsinə buraxmağa çalışsa da, 2016-cı ildə problemin həlli BMT TŞ-yə keçdi.

Erməni baş nazir qeyd edib ki, bu halda BMT TŞ-nin qərarı proqnozlaşdırılan idi, belə ki, 1993-cü il qətnaməsində “Dağlıq Qarabağ Azərbaycandır” ifadəsi əksini tapır və Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı qeyd edilirdi.
25-12-2021, 09:58
Вернуться назад