DataLife Engine / İrəvanla separatçılar arasında ilk açıq toqquşma

İrəvanla separatçılar arasında ilk açıq toqquşma




İrəvanla separatçılar arasında ilk açıq toqquşma

Qarabağdakı separatçı-terrorçuların rəhbəri Araik Arutyunyan Nikol Paşinyanın “status Azərbaycan Konstitusiyasına uyğun həll edilməlidir” açıqlamasına etiraz edib. Deyib ki, Azərbaycanın tərkibində yaşamayacaqlar, onların maraqları ticarət obyekti deyil.

Tv 713 .az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

O bildirib ki, bu, müharibədən sonra separatçılarla İrəvanın açıq müstəvidə ilk qarşıdurmasıdır:

“Separatçı-terrorçu rejim Rusiya sülhməramlılarına bel bağlayır, amma bölgədəki erməni əhalisi üçün əsas dayaq nöqtəsi həmişə Ermənistan olub.

İrəvanın “qarant rolunun” sıradan çıxması ermənilərin seçimini - ya Azərbaycan idarəçiliyi altına yaşamaq, ya da köçmək – sürətləndirə bilər”.

27-12-2021, 06:10
Вернуться назад