ƏLİ İSGƏNDƏROVUN MÜQƏDDƏS RUHLA VƏFTİZİ
İGİD TEYMURLUVƏ ELMAN ELDAROĞLUNUN ÇƏKDİYİ AĞRISosial şəbəkədə dəyərli ziyalımız ƏLİ İSGƏNDƏROVun Azərbaycanda öz açıqlamalarıyla "ÖLÜLƏR ŞƏHƏRİNİN SAKİNLƏRİ"ndən birinə çevrilən ELMAN ELDAROĞLUYLA BAĞLI TƏBRİK MƏKTUBUna rast gəldim. Ancaq bu, Əli müəllimin təbrik yazısından daha çox sanki müqəddəs ruh adına Elmanın vəftiz olunmasına oxşayır...
Əli müəllim içindən gələnləri, içində bəslədiklərini bu konuda bəyan etmiş - öz işidir!
AMMA VƏ LAKİN yazıda Əli müəllimin Elmanı xaç suyuna salma cəhdi və bu məqsədlə vəftizetmə çabaları mənə görə düzgün deyil....
Bağışlamaq BÖYÜKLÜK əlamətidir. AMMA VƏ LAKİN bir günahın içində olanların üstündən bunca zaman ötsə də səhvlərini etiraf etməməsi, bağışlanmasını etdiyi günah tempində rica etməməsi də zatən göz önündə. Öyləsə bir ziyalı olaraq Əli müəllimin bu çabasının məntiqi nə?...
Elman Eldaroğlunun ad gününə mən də bir təbrik yazmışdım - bax bu təbriki, Əli müəllim...
Bu gün ( səhv etmirəmsə, 3 yanvar) Elmanın ad günüdür - yediyi qaba tüpürən Elmanın, təbrik edirəm! Özünün də dediyi kimi ömrünün ən çətin, ən ağrılı ad gününü keçirir Elman. Bu gün o, etdiyi qələtin ağrısını çəkir. DƏVƏNİ qayadan uçuran bir çəngə ot olduğu kimi ELMANI da ELMAN ELDAROĞLU MƏRTƏBƏSİndən endirən onun zəhrimarla bircə gün keçirməyi "ömrünün xoşbəxt anı" kimi qiymətləndirməsi oldu...
ELMAN ELDAROĞLU bunu bilməmiş olmaz, çünki bildiyim qədərində elə həmin dəvə qutabını çox xoşlayır.
“Mənə fəxr etməyə Azərbaycanım, öyünməyə Yardımlım da bəs edər!”..
'...nə gündəsüz alə, Yardımlıda bir kişi yoxdur!" ..
Bütün bunları məni və mənimkimiləri tanımayan və tanımaq istəməyən "Yardımlı ziyalıları"nın sevə-sevə uzun illər mədh etdikləri ELMAN ELDAROĞLU söyləyib - "Yardımlının səsi" qəzetinin redaktoru, Anar Rzayev müəllimin yazıçısı, "tanınmış jurnalist"...
Adam sərsəm və qəzəb doğuran açıqlamasıyla əslində özünü bəyan etdi, gerçək simasını göstərdi. Biz onu riyakar kimi tanımırdıq, ancaq Elman öz diliylə riyakarlığını bəyan etdi. Dünən onu mədh edənləri, ondan matah qayıranları, bu və ya digər şəkildə onun yanında olanları, özünün də öyündüklərini kişi kimi tanımadığını bəyan etdi.
Bərəkallah!
Buna münasibətdə virtual şəbəkədə Yardımlı kişiləri adekvat reaksiya verən kimi Elman da Yardımlı Kişisinə xas olmayan haray salıb güc strukturlarına müraciət etdi.
Maraqlı burasında idi ki, daim üzdə olan üləmasından tutmuş mollasına, mollasından tutmuş hacısına, hacısından tutmuş ziyanlı ziyalılarına qədər hər kəs nədənsə etibarlı sığınacağa çəkildi, Elmanın əslində özünütəqdimatı kimi qəbul edilən səviyyəsizliyinə bir münasibət ortaya qoymadılar. Bu da onların gerçək siması idi...Amma...
Bəli, bu gün Elmanın ad günüdür. Özünün də dediyi kimi ömrünün ən çətin, ən ağrılı ad gününü keçirir Elman....
Elman etdiyi qələtə görə el-obadan üzr istəsə belə üzrü günahından da betər idi - çünki yenə də etdiyi qələtə görə haqqı üzünə söyləyənləri "geydirmə" adlandırırdı.
Bu adam çıldırmış. Keçmiş cəbhədaşlarının Yardımlı Xeyriyyə Cəmiyyətinin işində Elmanın hansı nöqsanlara, hansı özbaşınalıqlara yol verməsilə işim yox. Özü bilər. Ancaq Elmanın bu fəaliyyəti deyilənlərin əksinə olaraq bir tutalğac etməklə imkansız ailələrin timsalında bütün yardımlılara bir minnət qoyması da bu zatın içində gizlənən eybəcərliyin görüntüsüdür.
Elman bu münasibətimə görə mənə sərt mövqe sərgiləyəcəksə, yenə də bu, onun mənəvi eybəcərliyinin daha bir görüntüsü olacaq. Çünki mən yox, adamın özü "illərlə qazandığını" 100 qram arağın qurbanına çevirib. Və burada deyilənlər hansısa təxəyyülün məhsulu deyil, Elmanın gerçək simasına tutulan aynada əks olunanların kiçicik bir qismidir. "Mən hələ yüzdə birin yazmıyorum"..
Bu gün Elmanın ad günüdür. Özünün də dediyi kimi ömrünün ən çətin, ən ağrılı ad gününü keçirir Elman. Etdiyi qələtin, içində bəslədiyi sevgiylə nifrətin izdivacının "övladı"nın ağrısını çəkir. Təbrik edirəm və həm də xatırladıram ku, dəvə Məkkəyə getsə də ondan hacı olmaz. Virtual olaraq bu təamı Elmanın qabına görə çəkdim, nuş olsun...
Hər halda Əli müəllim çox gözəl bilir ki, Müqəddəs Kitabda nə xaç suyuna salmaq var, nə də vəftiz olunmaq. Öyləsə və öylədir də, Aydınlığa Aparan Kəslərin, Yol Göstərənlərin Ziyalılığı böyləmi olur!?
5-01-2024, 17:36
Вернуться назад