Bir neçə gün əvvəl vətəndaşlar unun bahalaşması ilə bağlı sosial şəbəkələrdə şikayətlər bildiriblər. Hətta çörəyin də qiymətinin artdığını deyənlər var. Bəs unun bahalaşması çörəyin qiymətinə necə təsir edəcək?
Tv 713. .az Sonxeber.az-a istinadla xəbər verir ki, məsələ ilə bağlı "Nur" çörək zavodunun rəhbəri Söhrab Cabbarov açıqlama verib.
O, çörəyin qiymətinin artmasını təsdiqləyərək bildirib ki, çörəyin qiyməti sabahdan 0.65 AZN olacaq:
"Bizdə indiyədək qiymət artımı olmamışdı. Lakin sabahdan "Nur" çörəyi artıq dövlət tərəfindən tənzimlənən bir qiymətə satılacaq. Bu günə qədər 0.50 AZN-ə olan çörək yanvar ayının 6-dan 0.65 AZN-ə satılacaq. Bazarda qiymət 40 faiz artıb. Zavodlar tərəfindən müəyyən güzəştlər olunduğu üçün biz 40 deyil, 30 faiz əlavə edəcəyik".