İŞĞAL OLUNAN QAZAXISTAN, YOXSA YAĞMALANAN TURAN?
IGİD TEYMURLUELBAŞI NAZARBAYEV VƏ ELİ BAŞSIZ QOYAN TOKAYEVRUSİYANIN, yaxud KTMT üzvlərinin Qazaxıstana girmələri hansı qanuni çərçivədə idi? Qazaxıstanda baş verən olaylar əsil həqiqətdə haradan bəhrələnir? Nazarbayevə münasibətdə Qazaxıstandakl mövcud hakimiyyətin atdığı addımlar xalqın, yoxsa xarici xəfiyyənin mövqeyidir? Bir "ELBAŞI"nın hədəf seçilməsi, Onun mənən linç edilməsi nəyə hesablanıb?...
Bu kateqoriyadan olan suallar yetərincədir. Bütün bunlar haqqında verilən informasiyalar, səsləndirilən iddialar həqiqətin özü olmaya da bilər. Amma istənilən halda KTMT "sülhməramlıları" nın Qazaxıstana daxil olması əslində bir işğal faktıdır. Və bu işğal faktına görə dəyə biləcək zərbənin qüvvəsini azaltmaq, hətta bunu heçə endirmək üçün Rusiya KTMT-nin özünü də xərcləməkdədir...
Putin-Nazarbayev görüşündə hansı müzakirələrin getməsi, hansı anların yaşanması, kimin təkid, kimin kəskin əks reaksiya diliylə danışması, "Nazarbayevin istefası", "Nazarbayevin tutduğu postlardan zorən uzaqlaşdırılması"yla bağlı yayılan informasiyaların özündə də kifayət qədər sual doğuran məqamlar var. Məsələyə Nazarbayev faktorunun işığında yanaşsaq, burada Rusiyanın imperiya xisləti, Putinin də qisasçı obrazı göz önünə gəlir. Nazarbayevin "dlktatorluğu"ndan DANIŞANLAR həm də Onun ELBAŞI, TÜRK DÜNYASININ AĞSAQQALI OLARAQ ETDİKLƏRİNİ də dilə gətirsələr pis olmazdı.
ELBAŞI NAZARBAYEV Putinə tanımadığı və tanımaq istəmədiyi Qazaxıstan tarixindən dərs söylədi. Heç mən Onun Qazaxıstan üçün etdiklərini demirəm, TURAN YOLUNDA Adam "türkdilli dövlətlər" ifadəsini TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATI halına gətirib ona hüquqi status verdi....
Sizcə Putin, yaxud da türklərin qanına yerikləyənlər bunu bağışlayacaqlardımı?!
Türk dövlətləri, öncəliklə Qazaxıstan hakimiyyəti bunu yaddan çıxarmalı deyildi...
Əvəzindəsə türk və islam dünyasının güvənc yeri olan qardaş Türkiyə ümmətçiliyi önə çəkdi, digər türk dövlətlərisə seyirçi mövqedə dayandılar....
Nazarbayev faktorunu heçə sayanlara: necə bilirsiniz, bəşəriyyət tarixində ən qaniçən imperiya olan SSRİ-nin bətnindən çıxan, ömrünü siyasətdə keçirmiş Nazarbayev sizin qədər olacaqları və mümkün variantları saf-çürük edə bilmədimi!? Bu gün Rusiyanın birbaşa təhriki və birbaşa təzyiqilə hansısa "Baykanur Respublikası" yaranarsa, heç şübhəsiz ki, sabah da indiki Rusiyanın işğalı altında olan türk ərazilərində yaşayan türk toplumlarının da ayağa qalxaraq müstəqillik tələb edəcəkləri şəksizdir. Və fərq ondadır ki, bu gün Qazaxıstan ərazisində yaşayan ruslar oralarda sonradan məskunlaşıblar, ancaq rusun işğalı altında olan o ərazilər türklərin ata yurdudur. Və əgər Putinin acgöz xislətinə uyğun olaraq proseslər davam edərsə Qazaxıstan olayları Rusiyanın dağılmasında bir vəsilə olacaq.
NİYƏ?
ÇÜNKİ, açıqca görünür ki, burada sosial yönümlü tələblərdən daha çox siyasi iddialar ortaya qoyulur.
Rus mətbuatının və Putinin danışan dili patriarxın diliylə Rusiyanın şərtlərinə baxın
- Qazaxıstan Rusiyaya birləşdirilsin!
- Krımın Rusiyaya birləşdirilməsi tanınsın!
- Rus dili Qazaxıstanda 2-ci rəsmi dil olsun!
- Kiril əlifbasına qayıdılsın, latın əlifbasında imtina edilsin!
- Yeni rusdilli məktəblər açılsın! və şair....
Burada Putinin bir müddət öncə səsləndirdiyi "Ərdoğan kişi adamdır" ifadəsini və bu olaylar zamanı qardaş Türkiyənin hansısa səbəblər ucbatından qardaş köməyinə gecikmə faktını da nəzərdən qaçırmayaq...
Bəlkə elə bütün bu baş verənlər hansısa uzunmüddətli strategiyanın tərkib hissəsidir.
DİGƏR BİR MƏQAM: bax həmin Rusiyaya "sülhpərvər" donunu geyindirənlər kim olub?
"Sülhpərvər Rusiya" bu gün Qarabağda problemi bir yana qoyub hələ də gedə bilmədiyimiz, 1992-ci ildə ermənilərlə birgə türkləri soyqırıma məruz qoyduğu Xocalıda özü üçün şərəf parkı açır, rus icması formalaşdırır, icmanın sədri də bir erməni əsilli olur. Və bütün bunların arxasında hansı məkrli planlar var, fərqindəsinizmi?
İndi də həmin "sülhpərvər Rusiya" Turan Dünyasının "smertelni toçka"sından vurdu. Zərbə Fələstinə dəysəydi, xilafət eşqiylə ürəyi çırpınanlar anındaca reaksiya verərdilər...
Sirr deyil: RUSİYANIN QARABAĞDAKI "SÜLHMƏRAMLI MİSSİYA"SI (?????) BU DÖVLƏTİN İŞĞALÇILIQ PLANLARINA YENİ VƏ İYRƏNC, HƏM DƏ QORXUNC NAXIŞ VURDU.
BELƏCƏ NÖVBƏTİ ADDIM KİMİ QAZAXISTAN DA İŞĞAL EDİLDİ!
RUSİYA ÖZÜNÜN DAHA BÖYÜK İMPERİYA XƏYALLARINI GERÇƏKLƏŞDİRMƏK ÜÇÜN BÜTÜN NÖV GÜCÜNÜ İNDİ MƏRKƏZİ ASİYADA ORTAYA QOYUB.
ƏRDOĞAN BU BOLGƏDƏ YA GECİKDİ, YA DA....
ALLAH AZƏRBAYCANI "DÖVLƏTLƏRARASI DOSTLUĞUN" BƏLASINDAN QORUSUN!
ÇÜNKİ "DOSTLUQ" DONUNA BÜRÜNƏN MARAQLAR DAİMİ DEYİL, ÖTƏRİ XARAKTER DAŞIYIR VƏ NƏ ZAMANSA HANSISA ADLAR ALTINDA QURBAN VERİLİR
TOKAYEVİN XƏYANƏTİ: Qazaxıstanın daxili işini KTMT-yə həvalə etmək və NAZARBAYEVƏ MÜNASİBƏTDƏ ifrat dərəcədə başıpozuqluğa yol verməkdir. Nədən TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATINA deyil, KTMT-yə müraciət edildi? Nədən bütün Türk Dünyasının AĞSAQQALLARINDAN olan Nazarbayevin büstünə, heykəlinə qarşı türklərə yaraşmayan barbarlığın ortaya qoyulmasına rəvac verdi? Baş verənləri ELBAŞInın ayağına yazmayın! Bu, osial tələblərdən irəli gəlmir! Bu, Qazax Elini, betövlükdəsə TURAN DÜNYASInı BAŞsız qoymaq və yağmalamaq üçün cızılmış planın tərkib hissəsidir....
7-01-2022, 18:08
Вернуться назад