DataLife Engine / Veteran statusu ala bilməyənlərin müraciətləri müzakirə olundu

Veteran statusu ala bilməyənlərin müraciətləri müzakirə olundu

Veteran statusu ala bilməyənlərin müraciətləri müzakirə olundu


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyevin rəhbərliyi ilə Birinci Qarabağ müharibəsində qanlı döyüşlərdə iştirak etmiş döyüşçülərin bu günədək müharibə veteranı statusu ala bilməmələri ilə bağlı müraciətlərini müzakirə etmək üçün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Səbail rayon şöbəsinin Akt zalında müzakirə etmişlər.

Veteran statusu ala bilməyənlərin müraciətləri müzakirə olundu

Tədbir iştirakçıları şəhidlərin ruhunu 1 dəqiqəlik sükutla yad etdilər.

Tv 713. az xəbər verir ki, tədbirdə polkovnik Əzizağa Qənizadə, polkovnik leytenant Çingiz Əliyev, polkovnik leytenant Rəhman İsgəndərov, kapitan Ədalət Mustafayev, leytenant Budaq Nəsibov və 713 saylı hərbi hissənin döyüşçüləri iştirak edirdilər.


Müzakirənin nəticəsi olaraq problemlə bağlı Müdafiə Nazirliyinə müraciət və görüş üçün nümayəndələr müəyyən olundu. Gec də olsa problemin həlli üçün iştirakçılar çıxış edərək, öz döyüş yoldaşlarının yanında olduqlarını bildirdilər. Bildirildi ki, müxtəlif səbəblərə və baryerlərə görə onlar öz halal statuslarını bu günədək ala bilməyiblər.


Xatırladaq ki, adı keçən hərbi hissənin şərəfli bir döyüş yolu və Vətənimizin müdafiəsində xidmətləri var. Ümid edirik ki, problem tezliklə öz həllini tapacaq və köhnə döyüşçülər öz veteran statuslarını əldə edəcəklər.
10-01-2022, 06:12
Вернуться назад