"Ankara Kiyevi Minsk razılaşmalarını yerinə yetirməyə təşviq edə bilsə, məmnun olacağıq".
Tv 713. az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Putinlə Zelenskini Türkiyəyə görüşə dəvət etməsi ilə bağlı danışarkən deyib.
Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan fikir ayrılıqlarını həll etmək üçün Rusiya və Ukrayna dövlət başçılarını Türkiyəyə dəvət edib.