Zaxarova Pekresin Xankəndiyə rus sülhməramlılarının icazəsi əsasında gəldiyini dolayısı ilə etiraf etdi.
Tv 713. az xəbər verir ki, rəsmi Moskva Bakıya bundan xəbərlərinin olmadığını bildirmişdi.
Rusiya XİN-in sözçüsü 10 noyabr razılaşmasının 6-cı bəndinə istinad edərək bildirir
ki, sülhməramlı əməliyyatın həyata keçirildiyi ərazini xarici vətəndaşların, beynəlxalq təşkilatların missiyalarının ziyarət etməsinə dair qaydalar mövcuddur.
10 noyabr razılaşmasının 6-cı bəndində “xarici vətəndaşlar” qeydi yoxdur. Rəsmi Bakı dəfələrlə “xarici vətəndaşların icazəsiz səfərinə” qarşı çıxıb. Prezident Əliyev də bildirib ki, Qırmızı Xaç Komitəsi istisna olmaqla, heç bir beynəlxalq təşkilat Bakının icazəsi olmadan Qarabağa gələ bilməz.
Görünür, sülhməramlılar özlərindən qaydalar müəyyən edib. Zaxarova Azərbaycanın bu qaydalardan xəbərdar olduğunu bildirir. O zaman sual yaranır: Bakının sorğusuna cavabda Pekresin gəlişindən “xəbərsiz” olduqlarını niyə bildiriblər?
Zaxarovanın razılaşmanın 6-cı bəndini xatırladaraq, Azərbaycan prezidentinin “Laçın dəhlizi bizim nəzarətimiz altındadır” sözlərini təkzib etməyə çalışması da deməyə əsas verir ki, Bakının addımları, yaxud dəhlizlə nəzarətlə bağlı planları rusları narahat edir.