Türkiyə Yunanıstanın hava məkanını pozmağı vərdiş halına gətirdi. Biz buna imkan verməməliyik.
Tv 713.az xəbər verir ki, bunu yunan aparıcı İoannis Theodoratos Türkiyə PUA-larından danışarkən deyib.
Theodoratos ölkəsinin təcili olaraq türk PUA-larını vura biləcək hərbi texnika alması lazım olduğunu bildirib.
Türkiyənin Egey və Şərqi Aralıq dənizində Yunanıstana açıq şəkildə meydan oxuduğunu ifadə edən Teodoratos qeyd edib:
"Türkiyə Hərbi Hava Qüvvələri və Dəniz Qüvvələri tərəfindən qanunsuz pozuntular var. Kim bilir, gələcəkdə daha nələr görəcəyik".