Məşhur “The cleaning lady” serialında Azərbaycana qarşı təxribat törədilib.
Tv 713.az Mətbuat.az-a istinadla xəbər verir ki, ABŞ-ın FOX telekanalı tərəfindən yayımlanan serialın ilk bölümü 3 yanvar 2022-ci ildə yayımlanıb. Mövzusu mafiya və bir qadının bu mafiyaya açdığı savaşla bağlıdır.
Həmin serialın 3-cü bölümündə Azərbaycana qarşı açıq təhdid ifadə edən fikirlər səslənib. Belə ki, səhnələrdən birində açıq şəkildə Azərbaycana qarşı təhdid xarakterli mesajlar verilib.
Kadrlarda erməni lobbisinin ABŞ-dakı əsas təmsilçilərindən biri çıxış edərək oğluna səslənir. O, Qarabağı Azərbaycandan almaq üçün oğlunu erməni ordusuna göndərəcəyini deyir.
Qeyd edək ki, bu, FOX telekanalının Azərbaycana qarşı ilk qərəzli münasibəti deyil.
Serialdan həmin kadrları təqdim edirik: