DataLife Engine / Azərbaycanda olan ermənilərin qaytarılması... - Kopırkin

Azərbaycanda olan ermənilərin qaytarılması... - Kopırkin



Azərbaycanda olan ermənilərin qaytarılması... - Kopırkin

Rusiya Azərbaycanda olan erməni hərbçilərin (erməni terrorçular nəzərdə tutulur – red.) qaytarılması üçün fəaliyyətini davam etdirir.

Tv 713. az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.

“Saxlanılanların qaytarılması prioritet məsələlərdən biridir. Bu istiqamətdə mütəmadi olaraq işlər aparılır. Xüsusilə, sülhməramlı kontingentimizin keçmiş komandiri, hazırda Cənub Hərbi Dairəsinin komandirinin müavini olan general Muradov çox fəaldır”, - Kopırkin bildirib.

Onun sözlərinə görə, Muradov hər iki tərəflə mövcud əlaqələri nəzərə alaraq fəaliyyətini davam etdirir:

“Bizim mövqeyimiz həmişə aydın olub. Biz sadəcə olaraq hamını hamı ilə dəyişmək və məsələni bağlamaq fikrindən yola çıxdıq. Təəssüf ki, bu, istədiyimiz qədər tez və sadə alınmır. İş davam edir, biz məsələnin bütün sosial, psixoloji, mənəvi aktuallığını çox gözəl başa düşürük”.

Qeyd edək ki, Vətən müharibəsi bitən kimi Azərbaycan “hamının hamıya” prinsipi ilə bütün əsirləri geri qaytarıb. Ancaq Ermənistan müharibə bitəndən iki həftə sonra Azərbaycan ərazisinə təxribatçılar göndərib və onlar DTX-nın dekabrda keçirdiy əməliyyatla yaxalanıblar. Bu terrorçular isə bakıda mühakimə olunub və həbs ediliblər.

1-02-2022, 18:06
Вернуться назад