DataLife Engine / Türkiyə və Ukrayna arasında tarixi müqavilə...

Türkiyə və Ukrayna arasında tarixi müqavilə...


Türkiyə və Ukrayna arasında tarixi müqavilə...

"Bir daha vurğulayıram ki, biz sülhün bərqərar olması üçün üzərimizə düşəni etməyə hazırıq".

Tv 713..az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bu gün Zelenski ilə görüşümüz olacaq, daha sonra Rusiya Prezidenti Vladimir Putin Çin səfərindən sonra Türkiyəyə səfər edəcək. Bu iki ziyarəti etmədən hansı daşı hara qoyacağımızı düşünmək düzgün olmaz.

Kiyevdəki görüşümüzdə Krımdakı soydaşlarımızın vəziyyəti zirvədə olacaq”, - deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş keçirilib.

Türkiyə və Ukrayna prezidentləri arasında 3 saat 10 dəqiqə davam edən görüş başa çatıb.

"Ölkələrimiz azad ticarət zonası ilə bağlı müqavilə imzaladı. Bu, tarixi hadisədir. Ukraynada sülhün təmin edilməsi üçün bütün platformalarda əlimizdən gələnə edəcəyik".

Bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra deyib.
3-02-2022, 21:16
Вернуться назад