Biz silah satarkən bunun siyasi nəticələri barədə də fikirləşirik.
Tv 713 .az xəbər verir ki, bunu Türkiyə xarici işlər nazirinin müavini Faruq Qaymaqçı Ukraynaya satılan “Bayraqdar TB2” PUA-larının Rusiyanı narahat etməsi ilə bağlı danışarkən deyib.
“Hər bir əlaqənin bir dəyəri və ya qarşılığı var. Yəni, Rusiya Ukraynaya Türkiyə PUA satdı deyə hücum etməyəcək. Rusiyanın Ukrayna və ya Şərqi Avropa ilə bağlı fikri fərqlidir. Buna görə də, Türkiyənin satdığı məhsulların müharibəyə və ya gərginliyə səbəb olacağını söyləmək düzgün deyil. Təbii ki, biz silah satarkən bunun siyasi nəticələrini düşünürük”, - nazir müavini bildirib.