Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Ramiz Mehdiyevin istefa ərizəsi qəbul olunub.
Tv 713 .az xəbər verir ki, bu barədə qərar AMEA-nın ümumi yığıncağında qəbul olunub.
Bildirilib ki, AMEA-da prezident vəzifəsini müvəqqəti olaraq Akademiyanın birinci vitse-prezidenti Arif Həşimov icra edəcək.