DataLife Engine / Tələbə qəbulu qaydalarına dəyişiklik edildi

Tələbə qəbulu qaydalarına dəyişiklik edildi


Tələbə qəbulu qaydalarına dəyişiklik edildi



Ali məktəblərə tələbə qəbulu qaydalarına dəyişiklik edilib.

Tv 713. az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na aşağıdakı məzmunda əlavə edilib:

Abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı III ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçməlidirlər.

III ixtisas qrupu üzrə dil-tarix (DT) altqrupuna daxil olan ixtisasların müsabiqəsi ilə yanaşı, tarix-coğrafiya (TC) altqrupuna daxil olan ixtisasların müsabiqəsində də iştirak etmək istəyən abituriyentlər əlavə olaraq coğrafiya fənnindən fərq imtahanı verməlidirlər.

22-02-2022, 21:39
Вернуться назад