Ukraynanın şərqində intensiv atışmalar gedir və aerodromlara raket zərbələri endirilir.
Tv 713. az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.
“Bu gün, fevralın 24-də saat 05:00-da Rusiya Silahlı Qüvvələri ölkənin şərqində yerləşən bölmələrimizi intensiv atəşə tutub. Borispol, Ozernı, Kulbakin, Çuqev, Kramatorsk, Çernobaevka aerodromlarına, Ukrayna Silahlı Qüvvələrinin hərbi obyektlərinə raket və bombalı hücumlar həyata keçirib. Eyni zamanda, təcavüzkar Ukraynanın dövlət sərhədi boyu ərazisini və yaşayış məntəqələrini atəşə tutmağa başlayıb”, - məlumatda qeyd olunub.
Bildirilib ki, Ukrayna Hərbi Hava Qüvvələri işğalçının hava hücumunu dəf edir:
“Dövlət müdafiə qüvvələri tam döyüş hazırlığındadır, vəziyyət nəzarət altındadır”.