DataLife Engine / Əlibaba Məmmədov dünyasını dəyişdi

Əlibaba Məmmədov dünyasını dəyişdi


Əlibaba Məmmədov dünyasını dəyişdi


Xalq artisti Əlibaba Məmmədov bu gün 92 yaşında dünyasını dəyişib.

Kult.az xəbər verir ki, Əlibaba Məmmədov 5 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olub. Xanəndənin böyük məharətlə ifa etdiyi "Rast", "Bayatı Şiraz", "Rahab", "Dəşti" və başqa muğam-dəsgahlarının səsyazıları AzTV Fondunda saxlanılır. Əlibaba Məmmədov 100-dən artıq mahnı və təsniflər yaradıb ki, onlar da xanəndələrin repertuarlarına daxil edilib.

Xalq artisti "İnandır məni", "Yaşa hələ", "Sən gərək güləsən", "Səni gözlər" kimi məşhur mahnıları səsləndirib.

1963-cü ildə Azərbaycanın əməkdar artisti, 1989-cu ildə xalq artisti fəxri adlarını alıb.

Xalq artistinin oğlu Seyran Məmmədov fevralın 17-də 67 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.
25-02-2022, 23:58
Вернуться назад