Türkiyənin boğazları Rusiya hərbi gəmilərinin keçidi üçün bağlanması ilə bağlı məlumat yoxdur.
Tv 713. az xəbər verir ki, bu barədə Rusiyanın Türkiyədəki səfirliyindən məlumat verilib.
“Səfirliyə Türkiyə tərəfdən boğazların Rusiya hərbi gəmiləri üçün bağlanması ilə bağlı heç bir rəsmi bildiriş daxil olmayıb”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, bir müddət öncə Ukrayna lideri Vladimir Zelenski Türkiyənin boğazları Rusiyanın hərbi gəmiləri üçün bağladığı barədə açıqlama verib.