Xarkov tamamilə bizim nəzarətimizdədir. Ukrayna ordusu, Milli Qvardiya, Milli Polis, müdafiə dəstələri şəhərin düşməndən tam təmizlənməsini həyata keçirirlər.
Tv 713. az xəbər verir ki, bu barədə Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov Teleqram səhifəsində yazıb.
“Düşmən tamamilə məhv edilib. Xarkovda düşmən texnikasını şəhərdə qoyaraq, 5-10 nəfərliq qruplar şəklində Ukrayna ordusuna təslim olur”, - Sinequbov bildirib.