Rusiya və Ukrayna nümayəndə heyətlərinin Belarusun Qomel vilayətində görüşü başlayıb.
Tv 713. az xəbər verir ki, bu barədə RİA məlumat yayıb.
Görüş başlayan kimi BelTA-nın canlı yayım dayandırılıb və jurnalistlər iclas zalından çıxarılıb.
***
Qomel vilayətində Rusiya və Ukrayna arasında aparılan danışıqlarda fasilə elan edilib.
***
Belarusda Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundu başlayıb.
***
Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar başa çatıb.
Danışıqlar təxminən altı saat davam edib.
Prezident Vladimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, tərəflər danışıqların növbəti raundu ilə bağlı razılığa gəliblər.
Onun sözlərinə görə, tərəflər bir sıra prioritet mövzuları müəyyənləşdiriblər. Bu istiqamət üzrə müəyyən qərarlar qeyd olunub.
Nümayəndə heyətləri danışıqların nəticələrini müzakirə etmək üçün ölkələrinə geri qayıdırlar.