Düşmənin Vasilkov və Brovarıya qarşı hava hücumu zamanı Ukrayna qırıcılarının pilotları iki Rusiya təyyarəsini vurublar.
Tv 713..az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin feysbuk səhifəsində yazılıb.
“S-300 zenit-raket diviziyaları isə üç təyyarəni məhv ediblər. Beləliklə, düşmənin 5 təyyarəsi zərərsizləşdirilib. Onlar Su-30 və Su-35 təyyarələridir. Həmçinin Buk M-1 zenit-raket kompleksi Kiyev yaxınlığında düşmən helikopterini vurub.
Ukraynanın Su-25 hücum təyyarələri Kiyev və Jitomir vilayətlərində zirehli texnikaya və düşmən canlı qüvvəsinə bir neçə raket və bomba zərbəsi endirib. Bombardmançı təyyarələr də uğurla işləyib.
Hərbi Hava Qüvvələrinin Su-24M təyyarəsi Çerniqov vilayətində və Berdyansk yaxınlığında tank, texnika, yanacaq və sürtkü yağları olan karvanlara ən azı dörd dağıdıcı bomba zərbəsi endirib. “Bayraqdar TB-2” ekipajları da xüsusi fəaliyyət göstərib”, - nazirlikdən bildirilib.