Fransa Ukraynaya təcili iqtisadi yardım barədə qərar qəbul edib.
Tv 713.az xəbər verir ki, Fransa Baş naziri Jan Kasteks Kiyev üçün təcili olaraq 300 milyon avro ayrıldığını bildirib.
Fransa həmçinin Ukrayna ordusuna yanacaq, hərbi texnika, o cümlədən silah dəstəyi də göstərəcəyini açıqlayıb.
“Biz bütün bu dəstəyi sona qədər davam etdirəcəyik”, - baş nazir bildirib.
Kanada isə Ukraynaya 100 milyon Kanada dolları (79 milyon ABŞ dolları) miqdarında humanitar yardım ayırıb. Vəsait Ukraynaya və ukraynalı qaçqınları qəbul edən qonşu ölkələrə veriləcək.