Rusiya 8 min hərbçisi ilə əlaqəni itirib.
Tv 713. az xəbər verir ki, bu sözləri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov deyib.
O bildirib ki, rəqəm dəqiqləşdirilir:
“Hazırkı məlumata görə, Rusiya 8 min əsgəri ilə əlaqəni itirib. Bu o demək deyil ki, onlar hamısı həlak olub. Bizim hesablamalarımıza görə, həlak olan rus hərbçilərinin sayı 6 min civarındadır. Digərləri harasa yoxa çıxıb, belə görünür ki, müharibədən qaçıblar”.