Bu gün “Anonimus” beynəlxalaq haker qrupunun etdiyi xəbərdarlığın vaxtı bitir.
Tv 713. az xəbər verir ki, fevralın 28-də hakerlər qrupu Rusiya xalqına müraciət edərək, onları Ukraynada aparılan müharibəyə qarşı çıxmağa səsləmişdi.
Qrupun xəbərdarlığında qeyd olunmuşdu ki, əks təqdirdə 3 mart 2022-ci ildə Rusiyanın bütün vətəndaşlarının bank hesabları ələ keçiriləcək və onların hesablarında olan pullar Ukraynadakı yardım fondlarına köçürüləcək.