Putinin başlatdığı müharibənin yekun hədəfi paytaxt Kiyevi, həmçinin bütün Ukraynanı ələ keçirməkdir.
Tv 713. az xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü Cen Psaki deyib.
O bildirib ki, Rusiyanın Ukraynadakı hərbi təcavüzünə qoşula biləcək canlı qüvvə sayı və texnika ehtiyatı tükənməkdədir.
“Pentaqonun məlumatına görə, Ukrayna ətrafında toplanmış ordunun 90 faizi artıq sərhədi keçib. Onlar həmçinin 480-dən artıq ballistik və qanadlı raket buraxıblar”, - deyə Psaki bildirib.