ABŞ Dövlət katibinin birinci müavini Vendi Şerman bu gün Türkiyəyə səfər edəcək.
Tv 713 .az xəbə verir ki, səfər çərçivəsində türkiyəli rəsmilərlə ABŞ-Türkiyə əməkdaşlığı, Ukraynanın Rusiya müdaxiləsinə qarşı dəstəklənməsi məsələləri müzakirə ediləcək.
Qeyd edək ki, V.Şerman 4-11 mart tarixlərində Türkiyə ilə yanaşı, İspaniya, Mərakeş, Əlcəzair və Misirə də səfər edəcək.