DataLife Engine / Müharibənin 8 günü: Rusiyanın itkiləri açıqlandı

Müharibənin 8 günü: Rusiyanın itkiləri açıqlandı



Müharibənin 8 günü: Rusiyanın itkiləri açıqlandı

Rus ordusu Ukraynaya hərbi müdaxilə nəticəsində bu günə qədər 9166 hərbçisini itirib.

Tv 713 .az xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, rus ordusunun indiyə qədər 251 tankı, 939 zirehli maşını məhv edilib:

“Bundan başqa, düşmən 105 artilleriya sistemi, 50 reaktiv sistem, 18 hava hücumundan müdafiə, 33 təyyarə (sayı dəqiqləşdirilir), 37 helikopter, 2 kater, 60 sistern yanacaqla birgə, 3 PUA və 404 avtomobil texnikası itirib”.

4-03-2022, 12:32
Вернуться назад