DataLife Engine / ABŞ-la Türkiyə arasında görüş keçirildi

ABŞ-la Türkiyə arasında görüş keçirildi


ABŞ-la Türkiyə arasında görüş keçirildi


Ankarada səfərdə olan ABŞ Dövlət katibinin birinci müavini Vendi Şermanla Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın arasında görüş olub.

Tv 713 .az xəbər verir ki, tərəflər görüşdə Ukraynadakı müharibənin daha da ziyan vurmaması üçün dərhal yekunlaşdırılmalı olduğu barədə həmfikir olublar.

Görüşdə Suriya, Liviya və Əfqanıstanda sülh və sabitliyin təmin edilməsi, Türkiyə-İsrail münasibətləri və Türkiyə-Ermənistanın normallaşma prosesi müzakirə edilib.

ABŞ ilə ikitərəfli münasibətlərin hazırkı vəziyyətinin də müzakirə olunduğu görüşdə birgə strateji mexanizmin həyata keçirilməsi üçün atılacaq addımlar razılaşdırılıb.

5-03-2022, 07:37
Вернуться назад