11 gün ərzində Ukrayna ordusu Rusiya ordusunun 46 minə qədər əsgərini neytrallaşdırmağı bacarıb.
Tv 713. .az xəbər verir ki, bu barədə Müdafiə Strategiyası Mərkəzinin rəhbəri, sabiq müdafiə naziri Andrey Zaqorodnyuk deyib.
O bildirib ki, bu rəqəmə ölən, yaralanan və əsir düşən rus əsgərləri daxildir.
Onun sözlərinə görə, 24 fevralda Ukraynaya Rusiyanın 145 minlik ordusu daxil olub – 110 min quru qoşunu, 35 min isə xüsusi qüvvələr (OMON, SOBR, Rusiya Qvardiyası).
Zaqorodnyuk deyib ki, hazırda Rusiyanın Ukraynada 100 minə qədər qüvvəsi qalıb.
Saabiq nazir bildirib ki, 6 mart tarixinə qədər düşmən ordusu 11 min əsgər itirib, 35 minə yaxın isə yaralısı var