DataLife Engine / "Rusiya Ukraynaya 600 ballistik raket atıb"

"Rusiya Ukraynaya 600 ballistik raket atıb"


"Rusiya  Ukraynaya 600 ballistik  raket atıb"


Ukraynada müharibə başlayandan indiyə qədər Rusiya bu ölkəyə 600 raket (ballistik və qanadlı) atıb, sərhəddə topladığı qüvvələrin isə 95%-i artıq döyüşə girib.

Tv 713. az xəbər verir ki, bu məlumatı CNN ABŞ MN-in yüksək rütbəli məmuruna istinadla yayıb.

Bildirilib ki, ABŞ Xerson və Nikolayevdəki döyüşləri izləyir, eyni zamanda Rusiyanın Kiyev, Xarkov, Çerniqov və Mariupolu mühasirəyə almaq istədiyini müşahidə edir.

Kiyevin şimalında Rusiyanın böyük kolonu var, yolun təxminən 64 km-ni əhatə edir. Kolon artıq bir neçə gündür ki, orda dayanıb. Ötən həftənin sonu bu kolonun Kiyevin 25 km-də olduğu bildirilmişdi.

ABŞ Ukrayna hava məkanının əhəmiyyətli hissəsinə hələ də ukraynalıların nəzarət etdiyini düşünür.

Mənbə Odessa yaxınlığına desant atılması, eyni zamanda Rusiyanın səfərbərlik etdiyi barədə məlumat olmadığını da bildirib.
7-03-2022, 13:49
Вернуться назад