DataLife Engine / İnanılmaz: Ukrayna pilotu “Kalibr”i havada vurdu

İnanılmaz: Ukrayna pilotu “Kalibr”i havada vurdu



İnanılmaz: Ukrayna pilotu “Kalibr”i havada vurdu

Adı açıqlanmayan ukraynalı pilot Rusiyanın “Kalibr” raketini inanılmaz ustalıqla havada vurmağı bacarıb.

Tv 713. az xəbər verir ki, bu barədə Ukrayna DİN rəhbərinin müşaviri Anton Geraşenko Teleqram kanalında yazıb.

“Bu, ali pilotajlıqdır. Bizim qəhrəman pilot onlarla, bəlkə də yüzlərlə ukraynalının həyatını xilas etdi. “Kalibr”in döyüş başlığı Obuxovun 5 kilometrliyinə düşüb və orada partlayıb. Hadisə yerinə yerli sakinlər gedib və ordan mənə fotolar göndəriblər”, - o bildirib.

Qeyd edilib ki, “Kalibr” “hava-hava” raketi ilə məhv edilib.
8-03-2022, 06:08
Вернуться назад