Fevralın 24-dən indiyədək Rusiya ordusunun 2 minədək hərbçisi əsir götürülüb.
Tv 713.az xəbər verir ki, bunu Ukraynanın daxili işlər nazirinin müşaviri Anton Geraşenko bildirib.
Geraşenko əlavə edib ki, əsir götürülənlər əsasən döyüşdən sonra meşəlik ərazilərə qaçanlardır. .
“Əsirlərin dəqiq uçotu hələ ki, aparılmır. Amma deyə bilərəm ki, sayları 2 min nəfərə çatır”, - deyə o qeyd edib.