Ukraynada başlatdığı hərbi əməliyyata görə Rusiya dünyada ən çox sanksiya tətbiq edilən ölkəyə çevrilib. Cəmi 10 gün ərzində rəsmi Moskvaya 2778 sanksiya tətbiq olunub. Bununla da Rusiya İran və Şimali Koreyanı geridə qoyub.
Tv 713.az xəbər verir ki, bu barədə "Blumberq" məlumat yayıb.
Məlumata görə, ölkəyə tətbiq olunan sanksiyaların ümumi sayı 5530-dan çoxdur. Bu, on il ərzində, əsasən, nüvə proqramı və terroru dəstəklədiyinə görə 3616 sanksiya ilə üzləşmiş İrandan, 2608 sanksiya ilə üzləşən Suriyadan, 2077 növ sanksiya ilə üzləşən Şimali Koreyadan və müvafiq olaraq 651, 510 və 208 sanksiya tətbiq edilən Venesuela, Myanma və Kubadan çoxdur.