DataLife Engine / Ukrayna və Rusiya razılaşır, rus ordusu geri çəkilir...

Ukrayna və Rusiya razılaşır, rus ordusu geri çəkilir...


Ukrayna və Rusiya razılaşır, rus ordusu geri çəkilir...


Ukrayna və Rusiya danışıqlarının müəyyən nəticələr verdiyi haqda artıq məlumatlar yayılmaqdadır.

Tv 713. az xəbər verir ki, “Faynənşl Tayms”ın bu iqtisamətdə tirajladığı xəbərə dünya bazarlarının reaksiyasını iqtisadçı ekspert Qubad İbadoğlu şərh edib.

“Faynənşl Tayms” Ukrayna ilə Rusiya arasında danışıqlarda müsbət nəticələrin olduğundan, atəşkəs razılaşmasından, Rusiyanın qoşunlarını geri çəkmək öhdəliyindən və bunun müqabilində də Ukraynanın NATO-ya üzvlükdən imtina edəcəyindən və silahsızlaşmaya razılıq verib, neytral qalacağından yazıb.

“Bu informasiyaya bazarlar positiv reaksiya verir, 1 barrel neftin qiyməti 100 dollar, 1 dollar 100 rubldan aşağı düşüb. Amma rublun möhkəmlənməsi davamlı olmayacaq. Belə ki, Moskva dollarla ifadə olunmuş iki istiqraza görə investorlara 117 milyon dollar faiz ödəməli idi. Lakin valyuta ehtiyatlarının böyük hissəsi beynəlxalq sanksiyalarla dondurulduğundan, bu günə olan ödənişləri edə bilməyəcək. Rusiyanın xarici dövlət borcu 20 milyard dollardır. Rusiya defolt elan edilsə, ölkədə börc öhdəliklərinin ödənilməsində çətinliklər yaranacaq”, - ekspert qeyd edib(axar.az).
16-03-2022, 23:00
Вернуться назад