DataLife Engine / "Jurnalistlərə qarşı 148 insident baş verib"

"Jurnalistlərə qarşı 148 insident baş verib"


"Jurnalistlərə qarşı 148 insident baş verib"


"Rusiya ordusu tərəfindən Ukraynada öldürülən jurnalistlərin sayı 6 nəfərə çatıb. Bunların sırasında rus mənşəli jurnalistlər də var".


Tv 713.az xəbər verir ki, bunu Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirib.

Ələsgərlinin bildirdiyinə görə, "martın 23-də öldürülən sayca 6-cı jurnalist- reportyor Oksana Baulina milliyyətcə rusdur. O, Rusiya üzrə fokuslaşmış “The Insider” saytı üçün çalışıb. Oksana Ukrayna müharibəsi barədə həqiqəti yazan azsaylı rus jurnalistlərdən olub. Əvvəllər isə Aleksandr Navalnının Korrupsiyaya Qarşı Mübarizə Fondunun prodüseri işləyib . Rusiya rəsmiləri Fondu 2021-ci ildə “ekstremist təşkilat” elan etdikdən sonra o, Rusiyanı tərk edib. Bu baxımdan o, uzun müddət hədəfdə olub. Avropa Jurnalistlər Federasiyasının baş katibi Rikardo Qutierrez bəyan edib ki, “Rusiya hərbçiləri bəzi jurnalistlər qəsdən hədəfə alırlar”.
Oksana Baulinadan öncə 5 KİV işçisi qətlə yetirilib.
- Martın 1-də Kiyevdə televiziya qülləsinə raket hücumu zamanı LIVE TV-nin ukraynalı operatoru Yevgeni Sakun öldürülüb.
- Martın 11-də Jurnalist Viktor Dedov Mariupolda mənzilinin partladılması nəticəsində həyatını itirib.
- Martın 13-də İrpində amerikalı jurnalist Brent Renaud güllələnərək öldürülüb.
- Martın 14-də Fox News-un operatoru Pyer Zakrjewski və ukraynalı jurnalist Oleksandra Kuvşinova Horenkadan reportaj hazırlayarkən öldürülüblər.
Rusiya tərəfindən Ukraynaya qarşı müharibənin başlanmasından bu günədək jurnalistlərə qarşı 148 insident baş verib, əksəriyyəti ağır yaralanıb.
5 jurnalist oğurlanıb və işgəncəyə məruz qalıb.
70-dən çox KİV redaksiyası işğal edilən ərazilər hissəsində olduğu üçün fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.
İMİ direktoru Oksana Romaniuk bildirib ki, bütün insidentlər sənədləşdirilib və Haaqa-ya müraciət hazırlanır".

Müşfiq Rəhimov
Tv 713.az
26-03-2022, 13:51
Вернуться назад