DataLife Engine / AUTİZM adıyla ALDADILAN DÖVLƏT

AUTİZM adıyla ALDADILAN DÖVLƏT

AUTİZM adıyla ALDADILAN DÖVLƏT

İGİD TEMURLU



GÜCLÜ DÖVLƏT OLMANIN ANLAMI


AUTİZM SİNDROMU məmləkəti çənginə alan ən böyük bəladan biridir. BU BƏLANIN QARŞILANMASI ANCAQ VƏ ANCAQ DÖVLƏTİN GÜCÜ DAXİLİNDƏDİR, VALİDEYİNLƏR BU İŞDƏ İMKANSIZDIR! DÖVLƏT VƏTƏNDAŞINA SAHİB ÇIXANDA GÜCLÜ OLUR, VƏTƏNDAŞI DƏRDİYLƏ BAŞ-BAŞA BURAXANDA YOX!

Həddindən artıq para tələb edən reabilitasiya mərhələlərini keçmək vətəndaşın bugünkü gəlirləriylə başdan-başa tərs mütənasibdir. Bu reabilitasiyaların fasilələrlə aparılmasısa pul itkisindən başqa bir şey deyil. Başqasının dərdləri üzərindən biznes qurmaqsa əxlaqsızlıqdır!..

Bu gün TƏCİLİ OLARAQ AUTİZM VƏ DAUN SİNDROMLU uşaqların statistikası aparılmalı, ONLARIN bir nəfər kimi dövlətin tam nəzarətə götürülməsi, reabilitasiya prosesinə cəlb edilməsi təmin edilməlidir.

UNUTMAYAQ: hər bir AUTİST UŞAĞIN dərdini çəkən ən azından bir ailədə 4 nəfər varsa, ONDA məmur yarıtmazlığı ucbatından yüz minlərlə insanla dövlət arasında uçurum yaratmaq nə deməkdir. Bu, bir xəyanətdir. Kİ, bir çox subyektlər bu xəyanəti sanki həzz və qazanc mənbəyinə çeviriblər.
Dövlət BABA bunu görmürsə də suç, görüb qarşısını almırsa da suç!

ACI OLSA DA DEMƏK ZORUNDAYIQ: o xəyanətkarlar bu gün Milli Məclisdə, o xəyanətkarlar bu gün Əmək və Əhalinin Sosial Təminatı Nazirliyində, o xəyanətkarlar bu gün Səhiyyə, Təhsil, İdman nazirliklərində, yerli icra, yerli bələdiyyə strukturlarında kök salıb. Yetər ki, bu uşaqların yaşadıqları şəraitə, reabilitasiya proseduruna, təhsilinə, onlara verilən müavinətlərə baxasan ki, o xəyanətkarlar ordusunun siluetləri onda apaydın görünəcək...

Adı çəkilən bütün strukturlarda autizmlə bağlı xüsusi fəaliyyət gostərən qruplar, şöbələr olmalı, mütəmadi olaraq görüntü xatirinə deyil, reallıqla səsləşən hesabatlar verilməlidir. Bu işin həlli üçün bütün xərclər atdığı humanist addımları və gerçək imkanlarını nəzərə alsaq, Heydər Əliyev Fondu tərəfindən ödənilməlidir. Və bu uşaqların bir ömür boyu dövlətin qayğısında olmalarıyla bağlı qanun qəbul edilməli, onun işlək mexanizmi hazırlanmalı və buna nəzarət mexanizmi müəyyənləşdirilməlidir.

Kİ, millət dövlətin vətəndaşına SAHİB çıxma təqdimatını görsün!

HEÇ DÜŞÜNDÜNÜZMÜ? Bu uşaqlar özləri özlərini idarə edə bilmirlər; bu uşaqların yeməyindən, içməyindən, geyinməyindən, hamam tualetə getməyindən belə hər işi onun atası, anası görür. Sabah bu ata-ana olmayanda kim sahib çıxacaq bunlara?

SABAH BU UŞAQ BÖYÜYƏNDƏ KİM GÖRƏCƏK BU İŞLƏRİ ONUN ÜÇÜN. VALİDEYİNLƏRİ BU DÜNYADAN KÖÇƏNDƏN SONRA NƏ OLACAQ BUNLARIN AQİBƏTİ? BUNLAR HANSI PARA İLƏ YAŞAYACAQLAR? BUNLAR HARADA , NECƏ YAŞAYIB, NƏ İIƏ DOLANACAQLAR?...

Bu gün AUTİZM SİNDROMLU uşağa xidmət etdiyinə görə onun anasına xidmət haqqı kimi 50 manat pul verilir. O uşağın özünə də 150 manat. Görən MİLLİ MƏCLİS ÜZVLƏRİNİN, SAHİL BABAYEVİN HƏYAT YOLDAŞINA BU MÜAVİNƏT VERİLSƏ, ONLARI QANE EDƏRMİ?..

Bunun qarşılığında da reabilitasiya mərkəzlərində qiymət 1500-2500 arası aylıq. Üstəlik bu uşaqların xərcləri də minimum 600-800 arası...

ƏCƏBA, SİZ BU MİLLƏTƏ BU QƏDƏR XƏRCİN QARŞILIĞINDA NƏ QƏDƏR ƏMƏK HAQQI, NƏ QƏDƏR MÜAVİNƏT VERİRSİNİZ Kİ, DANIŞANDA DA YERƏ GÖYƏ SIĞMIRSINIZ? Bəs bu ailə, bəs bu ailənin dolanışığı, xərcləri nə OLSUN? Niyə vətəndaşın Konstitusion hüquqlarına tüpürürsünüz, xanımlar və bəylər? Bundan danışıb e, bundan, şəkil çəkdirməklə məsələ həllini tapmır.
.
Musa Urudla Sahil Babayev də elə xalqın dilincə desək, "genələ-genələ" danışırlar. Bütün dövlət rəsmiləri də eləcə. Siz bəyəm Aydan, yaxud Marsdan təzə gəlmisiniz Azərbaycana!?

UNUTMAYIN: xalqa hansı zülmü verirsənsə Uca Yaradanın Ədaləti sayəsində özün də o bəlaya düçar olursan.

ÖZÜNÜZÜ SIĞORTALAYIN, İLAHİ ƏDALƏTDƏN QORXUN! BİR GÜN MÜTLƏQ QAPINIZI DÖYƏCƏK!

AUTİZM adıyla ALDADILAN DÖVLƏT


Bu cavan oğlanı görürsünüzmü?
İSLAM SƏFİXANLIdlr - "Autizm DEFEKTOLOJİ və Psixoloji Yardim Mərkəzi"nin əməkdaşıdır, İslam özü də bu sindromdan əziyyət çəkir.

Aidiyyatı strukturların yarıtmaz fəaliyyətinə baxmayaraq İslam və onun anası dəyərli ÇİÇƏK XANIM QƏZƏNFƏRQIZI bütün həyatlarını bu sindromlular bağlı problemlərinin çözülməsinə həsr ediblər. Bu xanım hətta öz sağlamlığını belə bu yolda qurban verib. Yarıtmaz məmurlar ucbatından dövlətin etmədiyini bu xanım edib.

Onlarla ailənin ümid yerinə çevrilən Çiçək xanımın apardığı uzunmüddətli reabilitasiya tədbirləri qismən də olsa neçə-neçə ailəyə güvənc hissi verib, uşaqların cəmiyyətə adaptasiya olunmasında böyük rol oynayıb.
İslamın özü də bu prosesin iştirakçısı olub. Çiçək xanımın əziyyəti qismən də olsa öz bəhrəsini verib. İndi İslam keçirilən tədbirlərin təşkilində Çiçək xanıma yaxından köməklik göstərir....
Çox təəssüflər olsun ki, dövlətin aidiyyatı strukturları bu kateqoriyadan olan insanlarımızın cəmiyyətə adaptasiya olunmasında demək olar ki, fəaliyyət göstərmirlər. Göstərilən "fəaliyyət" isə görüntüdən başqa bir şey deyil.

NƏZƏRƏ ALSAQ Kİ, AZƏRBAYCANDA İLK DƏFƏ BU PROBLEMİ QABARDAN VƏ BU İSTİQAMƏTDƏ REABİLİTASİYA PROQRAMLARINI HƏYATA KEÇİRƏN MƏHZ ÇİÇƏK QƏZƏNFƏRQIZI OLUB, ONDA MEYDANI İŞİN İÇİNDƏ OLANLARA DEYİL, AUTİZMƏ BİZNES MARAĞI KİMİ BAXAN HANSISA MONOPOLİSTLƏRƏ VERMƏK BİRBAŞA DÖVLƏTƏ, DÖVLƏTÇİLİYİMİZƏ XƏYANƏTDİR!

Bu problemin həllini Məlahət İbrahimqızı, Qənirə Paşayeva, Fazil Mustafa heç zaman bu işin içində olandan, AUTİZM SİNDROMLU uşağın atasından, anasından yaxşı bilməz. Amma nədənsə Dövlət Baba autuzmdən söz düşəndə həmin kəsləri dinləyir. Məmləkəti şənginə bürüyən bu bəlanı araşdıran, onun həlliylə birbaşa məşğul olan dövlət səviyyəsində bir mərkəz yox bu məmləkətdə. BUYURSUN GƏLSİN dövlət rəsmiləri, onlarla mərkəz var respublikada, ONLARIN və orada reabilitasiya olunan uşaqların halını görsün. Görüntü xatirinə kiminsə biznes şəbəkəsinə çevrilən hansısa mərkəzin "hesabatı"yla Dövlət BABAnı aldatmayın, xanımlar və cənablar! Vətəndaşını çarəsiz buraxmayan, ona sahib çıxan dövlət güclüdür!
5-04-2022, 15:40
Вернуться назад