DataLife Engine / ƏSİL MƏMUR NÜMUNƏSİ - XALQIN ADAMI

ƏSİL MƏMUR NÜMUNƏSİ - XALQIN ADAMI

Növbəti doğum gününü Güləbirddə qutlamaq arzusuyla

ƏSİL MƏMUR NÜMUNƏSİ - XALQIN ADAMI


Xalqın sevgisini qazanan azsaylı məmurlardan biri - laçınlı balası SEVİNDİK HƏTƏMOV!

AZƏRBAYCANDA BƏLKƏ DƏ YEGANƏ MƏMURLARDANDIR Kİ, VƏZİFƏDƏN GEDƏNDƏ XALQ ONU GÜL-ÇİÇƏKLƏ YOLA SALIB - YARDIMLIDA!

2012-2016-cı illərdə Yardımlı rayon icra hakimiyyətinin başçısı işləyən Sevindik Hətəmov hazırda Salyan rayon icra hakimiyyətinin başçısıdır.

Yenə də xalqa olan məhəbbət, yenə də xalqın ona olan sevgisi. Məkan dəyişsə də Sevindik Hətəmovun nə o məhəbbət, nə də o sevgi dəyişməyib. Dövlətlə vətəndaş arasında münasibətlərin hər zaman normal məcrada olması rəhbərlik etdiyi bölgədə Sevindik Hətəmovun dövlətçiliyimizə, millətçiliyimizə, öz işinə olan rəğbətinin real görüntüsü olaraq üzə çıxır. Bir məmur olaraq Sevindik Hətəmov həm dövlət başçısının, həm də xalqın ona olan etimadını qazanmış, boynuna düşən yükü layiqincə yerinə yetirib. Məhz bunun görüntüsüdür ki, üstündən 6 il keçməsinə baxmayaraq hələ də Yardımlıda Sevindik Hətəmov adl çəkiləndə kiçikdən tutmuş böyüyə qədər hər kəs onun haqqında ancaq xoş xatirələrini dilə gətirir. Hətta indinin özündə belə Sevindik Hətəmov dövlət başçısının bütün tapşırıqlarını layiqincə yerinə yetirən məmur kimi bir ümid yeri sanılır. Bu gün rəhbərlik etdiyi Salyan rayonunda da eyni hal mövcuddur. Yerli əhalinin bütün təbəqələrindən olan soydaşlarımızla söhbətləşəndə Sevindik Hətəmov haqqında ancaq və ancaq xoş sözlər dilə gətirir və onun dövlətçiliyimizə olan sevgisindən danışırlar...

Sabah 7 aprel tarixi Sevindik Hətəmovun doğum günüdür. Biz də Tv 713. az saytı olaraq Sevindik Hətəmovun təbrik edir, ona fəaliyyətində uğurlar, növbəti doğum gününü Laçınımızın Güləbird kəndində qutlamağı arzulayırıq.

DOĞUM GÜNÜN QUTLU OLSUN, XALQIN ADAMI!



MÜŞFİQ RƏHİMOV
Tv 713.az
6-04-2022, 08:01
Вернуться назад