Ukrayna ordusu Xerson vilayətində 3 kəndi işğaldan azad edib.
Tv 713 az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Ukrayna ordusunun apardığı hücum əməliyyatı nəticəsində rus qoşunları Dobryanka, Novovoznesenskoe və Trudolyubovka yaşayış məntəqələrinə nəzarəti itiriblər.
Hazırda Aleksandrovka yaşayış məntəqəsi uğrunda döyüşlər gedir.