DataLife Engine / Ermənistan beş prinsipimizi qəbul edib - İlham Əliyev

Ermənistan beş prinsipimizi qəbul edib - İlham Əliyev


Ermənistan beş prinsipimizi qəbul edib - İlham Əliyev



Ermənistan dövlətlərarası münasibətlərin qurulması üçün Azərbaycanın təqdim etdiyi beş prinsipi qəbul edib.

Tv 713 .az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 9-da Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı bildirib.

Söhbət əsnasında Ermənistan və Azərbaycan arasında postmünaqişə dövründə münasibətlərin normallaşdırılması məsələlərinə və aprelin 6-da Brüsseldə keçirilmiş görüşə dair fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla dövlətlərarası münasibətlərin qurulması üçün beş prinsipdən ibarət təqdim etdiyi sənədi və Ermənistan tərəfinin bu prinsipləri qəbul etdiyini xatırladıb.
9-04-2022, 18:16
Вернуться назад