DataLife Engine / Yeni dəhşətli görüntülər ortaya çıxdı: Moskvada 41 nəfərin ölüm anı

Yeni dəhşətli görüntülər ortaya çıxdı: Moskvada 41 nəfərin ölüm anı





Mayın 5-də Moskvanın "Şeremetyevo" hava limanında yanan "Sukhoi Superjet 100” (SSJ-100) təyyarəsinin yeni görüntüləri yayılıb.

XəzərXəbər xəbər verir ki, yutubda yerləşdirilən görüntülərədətəyyarənin kabinasının pəncərəsindən enən pilotun sonra təyyarəyə pilləkənlərlə geri qayıtmağa çalışdığı görünür.

Xilasedicilər isə onu dayandırmağa çalışırdılar. Görüntülərdə həmçinin təyyarənin sərnişinlərdən birinin halı pisləşərək yerə yıxıldığı görünür. Görüntülər dispetçer məntəqəsində hadisəni işləyən şəxs tərəfindən qeydə alınıb.

Qeyd edək ki, Moskva-Murmans reysini həyata keçirən təyyarə "Şeremetyevo" hava limanına qayıtmağa məcbur olub. Qəza enişi zamanı təyyarə yanmağa başlayıb. Gəminin komandiri və ekipajın başqa üzvlərinin sözlərinə görə, təyyarəni ildırım vurub, sonra əlaqə ilə bağlı problemlər yaranıb və avtomatika sıradan çıxıb.

İstintaq Komitəsinin məlumatına görə, aviaqəza nəticəsində ekipajın bir üzvü olmaqla 41 insan həlak olub, ekipajın dörd üzvü daxil olmaqla 37-si sağ qalıb.

Hesab edilir ki, pilotların səhvi qəza ilə bağlı istintaq işində əsas versiyadır.
8-05-2019, 17:17
Вернуться назад