Rusiyanın hərbi cinayətlərinə görə artıq 42 ölkə Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edib.
Tv 713 .az xəbər verir ki, bu barədə Ukraynanın ədliyyə naziri Denis Malyuska deyib.
“10-a yaxın ölkə isə Rusiyanın Ukrayna ərazisində törətdiyi cinayətləri müstəqil şəkildə, həmçinin birgə istintaq qrupu çərçivəsində Ukraynanın hüquq-mühafizə orqanları və prokurorluğu ilə birlikdə araşdırır”, - o bildirib.