DataLife Engine / Elman Rüstəmovun yerinə gətirilən gənc kimdir?

Elman Rüstəmovun yerinə gətirilən gənc kimdir?


Elman Rüstəmovun yerinə gətirilən gənc kimdir?



Taleh Kazımov Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin ediləcək.

Tv 713. .az xəbər verir ki, bununla bağlı məsələ parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.

Taleh Kazımov 11.09.1983-cü il tarixində Bakıda anadan olub. Ali təhsilini 2000–2004-cü illərdə Azərbaycan Texniki Universitetinin Avtomatika və kompüter mühəndisliyi fakültəsində alıb. 2004–2006-cı illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-ın Corciya Universiteti ilə birgə proqramı çərçivəsində maliyyə ixtisası üzrə biznesin idarə edilməsi (MBA) magistr dərəcəsinə yiyələnib. Bundan başqa, T.Kazımov 2012-ci ildə London Biznes Məktəbinin (Böyük Britaniya) və 2014-cü ildə Harvard Biznes Məktəbinin (ABŞ) yüksək ixtisas proqramlarını ("Senior Executive Programme") bitirib.

Taleh Kazımov ənənəvi və rəqəmsal bankçılıq sahəsində kommersiya və investisiya bankçılığı, kredit və risklərin idarə olunması üzrə geniş təcrübəyə malikdir.

O, karyerasını qurmağa gənc yaşlarında başlayıb və təhsil aldığı dövrdə ATTAS PR, "European Tobacco" şirkətlərində ofis köməkçisi və İnformasiya texnologiyaları üzrə operator kimi işləyib. Maliyyə sektorunda peşəkar fəaliyyətə isə 2004-cü ildən başlayıb. Belə ki, 02.2004-cü ildən 09.2006-cı ilədək davam edən dövrdə Taleh Kazımov Bank Standard QSC-də müxtəlif vəzifələrdə, o cümlədən Maliyyə və mühasibat uçotu idarəsinin Xəzinədarlıq və fondlar şöbəsində mütəxəssis, Maliyyə nəzarəti departamentinin İdarəetmə və büdcə planlaşması şöbəsində, daha sonra isə Kredit siyasəti departamentinin Korporativ müştərilərin kreditləşmə şöbəsində aparıcı mütəxəssis vəzifələrində işləyib.

09.2006-cı ildən 01.2007-ci ilədək Taleh Kazımov "Ernst & Young" şirkətində auditor vəzifəsini tutub. 01.2007-ci ildən 07.2007-ci ilədək isə Fineko Analitika və İnformasiya Agentliyi ASC-nin Baş direktoru vəzifəsində çalışıb.

Taleh Kazımovun PAŞA Bankda fəaliyyəti 07.2007-ci ildən başlayıb. Həmin dövrdə o, Risklərin idarəedilməsi departamentinin meneceri vəzifəsində işləyib, 08.2009-cu ildən isə Bankın Xəzinədarlıq və pul bazarı departamentinin direktoru vəzifəsini tutub.

07.12.2011-ci ildən Taleh Kazımov PAŞA Bankın İdarə heyətinin üzvü seçilib. Korporativ və biznes-bankinq istiqamətləri, investisiya bloku, ticarət maliyyələşdirməsi, maliyyə institutları və kredit menecmenti sahələri onun kurasiyasında olub.

1 iyul 2015-ci il tarixində Taleh Kazımov PAŞA Bankın İdarə heyətinin sədri və Baş icraçı direktoru vəzifəsinə təyin olunub və hazırda həmin vəzifələri icra etməkdədir.

PAŞA Banka sədrlik etdiyi dövrdə Taleh Kazımov bankın aktivləri və kredit portfelini artırmağa, kredit portfelinin yüksək keyfiyyətini təmin etməyə nail olub, həmçinin innovativ həllər təqdim edən "Rəqəmsal laboratoriya"nın əsasını qoyub.

Taleh Kazımov 2015 – 2018-ci illərdə PAŞA Bank Gürcüstan ASC-nin Müşahidə şurasının üzvü, 2015–2019 illərdə isə Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) Direktorlar şurasının üzvü və vitse-prezidenti olub. Eyni zamanda 2015–2019-cu illərdə o, "PAŞA Yatırım Bankası" A.Ş.-də Direktorlar şurasının üzvü olub. 2019-cu ildən etibarən ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) Direktorlar şurasının üzvüdür.

Ailəlidir, iki övladı var.
11-04-2022, 17:11
Вернуться назад