"RE" ÜSTÜNDƏ OXUNAN "AL"VER MƏRƏKƏSİ
İGİD TEYMURLU"MİR" ŞAHİNƏ ŞAHİN AĞAYEVİN ÖZ TƏBİRİYLƏ Mirinin yazıçılara, şairlərə yönəli bəyanatını müəyyən mənada mahiyyət etibarilə qəbul etmək olar. Nədən? Çünki doğrudan da, bizim aman-zaman məruz qaldığımız deportasiyalar, soyqırımlar, işğallara bağlı müharibə ədəbiyyatımız demək olar ki, ortalıqda yoxdur. AMMA forma etibarilə bu bəyanat başdan ayağa qüsurlu və tərbiyəsizlik idi. Durub dədən yaşında kişilərə o tərzdə müraciət edib, suçlamaq?!!! ... VƏ HANSI HAQLA?!
Öz MİRində dingildəyən ŞAHİN AĞAYEV "MİR"İ, SƏN hələ ta qədimlərdən "kanalizasiya lükü"ndən boylananda o ədəbsizcəsinə tənqid etdiyin yazıçılar, şairlər yerin üstündə ayaqda idilər - meydanda. Onda sən ONLARIN SƏNİN ƏLİNƏ VERDİKLƏRİ KAMERA ilə qaranlıq hücrələrdə idin Mustafayev qardaşlarıyla.
ÜZƏ ÇIXDIĞINIZ sonradan oldu - "215 Kl"dən sonra. Vahidlə, Seyfulla ilə naxış vurmağa başladınız telejurnalistikaya. Deşilən çuvallar, yerə tökülən dənlər hesabına bəzənən kilimlər üzərində qıçınızı qıçınızın üzərinə aşırıb şirkətlər ( şirkətlər e?) yaratdınız..
Qazanınızı qaz ovuna çıxmaqla doldurdunuz...
Siyasi hakimiyyətlər dəyişdikcə sizin də rənginiz, rufunuz dəyişdi. Yekə-yekə xanalara sahib çıxdınız.
YEKƏ XANALIQla öyündünüz, YEKƏ XANALIQ yaşam tərzinizə çevrildi.
Buraxdığınız səhvləri, yanlışları belə cəmiyyətə utanmadan, usanmadan naxış kimi sırıdınız.
Cəmiyyətə eybəcər kodekslər sırıyan Azərbaycan telejurnalistikasının bir incisi oldunuz, ancaq Birinci ola bilmədiniz, kölgədə qaldınız.
KÖLGƏDƏ ÖZÜNÜZÜ GÜNƏ VERDİNİZ...
VƏ NƏHAYƏT SƏN SONRADAN ÖZ MİRİNƏ VARDIN..
ÖZÜNƏVURĞUNCASINA NARSİST DÜŞÜNCƏ SAHİBİNƏ ÇEVRİLDİN.
INDİ DƏ "MİR ŞAHİNİN VAXTI"NDA ELƏ HEY "RE"DƏN OXUMAQLA İLLÜZİYA XARAKTERLİ "AL"VER İŞTİRAKÇISINA ÇEVRİLMİSƏN.
OXUYURSAN, ANCAQ DUYMA QABİLİYYƏTİN YOX!
Inandıqlarına and olsun, ÖZ MƏDƏ NİYYƏTİni toxmuşcasına ortaya qoymaq amacın nifrət doğurur, MİRİ!...
Sənin getdiyin yolda görmək istədiklərin var və o, məhz sənin görmək istədiklərindir, reallığın özü deyil. REALlığı görmək istəyirsənsə təğyiri-libas ol, adam içinə çıx, bax millətin əhvalü-şərifinə, ənisüri-vücuduna...
Aclıqdan, imkansızlıqdan ordu orduna yapışanlar, qul bazarları, yaşamaq üçün fahişəliyi yaşam tərzinə çevirənlər, məmur yarıtmazlığından göz yaşlarını gilələyib Allaha doğru atanlar, uşağını aldadıb qazanda yalxı su qaynadanlar, dərdləriylə baş-başa qalıb söyüşlə, qarğışla hirsini boğanlar, "problemlərdən qurtulmaq" üçün intihar edənlər, haqqı, hüququ tapdalananlar...
Və bu aç qalanlar, imkansız olanlar, məmur yarıtmazlığı üzündən problemin çəngində inləyənlərin içində sənin üstünü unlu görüb dəyirmançı sandığın, dərs verməyə çalışdığın neçə-neçə ziyalı şair, neçə-neçə yazıçı, neçə-neçə döyüşçü var....
İNDİ SÖYLƏ GÖRÜM, bunca ağrılı, acılı illər uzunu böyrünə bir "mir" də yapışdıran sən onların yanında oldunmu? Onların ağrısını, acısını ictimailəşdirdinmi?
Etməmisənsə, hanı sənin vicdanın, hanı sənin əxlaqın?
Şairlərə, yazıçılara vicdandan dərs deyirsən, bəs sən necə, heç vicdanının səsinə qulaq asdınmı?...
Möhtəşəm Qələbəmizə doğru gələn hərbi Yol 1989-cu ildən başlayıb, Mirşahin - Laçında ARİF PAŞA özünümüdafiə batalyonunu yaradanda....
Möhtəşəm Qələbəmizə doğru gələn hərbi Yol 713 SAYLI TABOR Laçının əsas strateji nöqtələrini ermənilərdən təmizləyən vaxtdan başlayıb....
44 günlük Vətən Savaşında qazanılan uğurun təməli o illərdən qoyulub....
Bu yurd uğrunda canından keçən, əlil olan, indinin özündə belə haqqı verilməyən həmin Oğlanların tapdalanan hüquqları uğrunda prinsipial mübarizə apara bildinmi? Şairlərdən, yazıçılardan fərqli olaraq sənin Kİ, hər evin "qonağı" olmaq imkanın var....
Rəhmətlik ÇİNGİZ MUSTAFAYEVƏ münasibətdə şölələnən periodik sevginin işığında heç rəhmətlik SEYİDAĞA MÖVSÜMLÜnün tapdalanan haqqından danışdınmı?
Misal üçün deyirəm: get ŞƏHİDLƏR XİYABANINDA UYUYAN 713 SAYLI TABORUN ŞƏHİD DÖYÜŞÇÜLƏRİNİN HÜZURUNA VƏ ƏGƏR VİCDANIN VARSA O RUHLAR QARŞISINDA HESABAT VER. ONLARIN CİSMİ ORADA QARA TORPAQDADIR, sən və səninkimilərsə o KİŞİLƏRin və o KİŞİLƏRin Silahdaşlarının haqqını unutduğunuza görə həmin torpağın üz qarasınız...
30 ildir Kİ, 713 SAYLI taborun ( bir deyil e, daha çoxdur) döyüşçülərinin haqqı danılır, haqqı tapdalanır, bütün bunları ictimailəşdirdinmi, MOLLA DİLAVƏR KİŞİNİN OĞLU ŞAHİN AĞAYEV?..
REALda bütün bunlar görünmür. Bir az da özünə kənardan bax və ÖZÜNDƏN UTANMAYACAQ QƏDƏR BÖYÜK Ol!
İNDİ HAAA SABUNDAN İSTİFADƏ ET: dəmə qoyulan aşın qarası olsan da, "Mir Əhməd ağanın cəddi haqqı" üz qaran getmiyəcək! ÖYLƏSƏ, SƏN HANSI HAQLA BAŞQASINI HAQQ DİVANINA ÇƏKİRSƏN?... Kİ, ÖZÜN DİVANA ÇƏKİLMƏLİ GÜNDƏSƏN...
18-04-2022, 14:18
Вернуться назад