Rusiya qoşunlarının uzun hazırlıqdan sonra Donbas uğrunda savaşa başladıqlarını demək mümkündür.
Tv 713.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Rus ordusunu əhəmiyyətli hissəsi bu hücuma köklənib. Döyüşə cəlb edilən Rusiya qoşunlarının sayından asılı olmayaraq, biz döyüşəcəyik. Bunu hər gün edəcəyik. Ukraynadan nəsə verməyəcəyik, özgənin isə bizə heç nəyi lazım deyil”, - deyə dövlət başçısı bildirib.