DataLife Engine / İNDİ NÖVBƏ MƏNİMDİ!

İNDİ NÖVBƏ MƏNİMDİ!


İNDİ NÖVBƏ MƏNİMDİ!
ARİF PAŞA

Ucaldılmağa layiq olmayanı ucaltmaq ÖZÜNƏQƏSDDİ...

Mənim ucaltmağa çalışdırdıqlarım məni endirməyə çalışdılar və çalışırlar...

İNDİ NÖVBƏ MƏNİMDİ!

1) Laçında Milli Orduya yer vermək istəmədilər...Bütün səviyyələrdə!!! Mən şəxsən internat məktəbinin aşağı korpusunun qapısını öz əllərimlə qırıb , oranı MİLLİ ORDUNUN qərargahı elan edərək , onu təmir etdirib əsgəri xidmət üçün yararlı hala saldırdlm...

Bütün hərbi təlimlər , hərbi meydança (plats) və hərbi marşdan tutmuş qauptvaxta qədər hər bir hərbi normativ və struktur vahidləri mənim şəxsi tapşırığımla " Qarnizon və karaul xidməti nizamnaməsi"nə uyğun olaraq hazırlanırdı...

2) Laçın Alayına heyvandarlıq rayonu olan Laçından nəinki bir kiloqram ət , heç bir toyuq belə verilməmişdi və bu Laçın işğal olunan günə qədər belə oldu!

Laçın Alayını ərzaqla İsmayıllı camaatı və xüsusən Basqal kəndi əhalisi təmin edirdi...

3) Laçın Alayının təchizatı komandirlikdən azad olunsam da Qubadlı istiqamətində pul və nəqliyyat vasitəsi ilə , Kəlbəcər istiqamətdə isə yenə də pul və digər vasitələrlə ŞƏXSƏN mənım təşəbbüsüm və təşkilatçılığım ilə təmin olunurdu...

4) Laçında , Qubadlıda , Kəlbəcərdə döyüşən Alay döyüşçülərinin əlindəki silah - sürsat , əynindəki geyim , əgər verilmişdisə (???!!!) aldığı əmək haqqı da mənim şəxsi zəhmət və təşəbbüsümlə əldə edilənlər idi..

Nəciblik qarşılığında , alçaqlıq edənlər...
Bu başlanğıcdı!!!



P.S. Laçının 110 000 min baş xırda buynuzlu , 40 000 baş iri buynuzlu mal - qaraslnın da taleyini soruşacağam...
Axı bunlar guya ki , " erməniyə qalmışdı"...
23-04-2022, 20:46
Вернуться назад