Aprelin 28-də Azərbaycanın bolşeviklər tərəfindən işğal edilməsinin 102-ci ili tamam olur.
Tv 713.az xəbər verir ki, Sovet Rusiyasının rəhbəri Vladimir İliç Leninin əmri ilə 11-ci Qırmızı Ordu 1920-ci il aprelin 27-də Bakıya daxil olub və Azərbaycan Demokratik Respublikasını devirib.
Sovet dönəmində aprelin 28-i Azərbaycanda “sovet hakimiyyətinin qurulduğu” gün kimi bayram edilib. Bakının şimal girişində “11-ci Qızıl Ordu” dairəsi kimi tanınan ərazidə (hazırda 20 Yanvar meydanı) Azərbaycanı işğal etmiş əsgərlərə abidə ucaldılıb. Sonradan həmin ərazidə 1990-cı il yanvarın 20-də Bakıya daxil olan sovet qoşunları müstəqillik uğrunda dinc etiraz keçirən onlarla Azərbaycan vətəndaşını qətlə yetirib.
1991-ci ilin oktyabrında Azərbaycan yenidən müstəqilliyinə qovuşub.