DataLife Engine / Rusiyanın yüksək dəqiqlikli raketləri bitir - Pentaqon

Rusiyanın yüksək dəqiqlikli raketləri bitir - Pentaqon


Rusiyanın yüksək dəqiqlikli raketləri bitir - Pentaqon


Rusiyaya qarşı sanksiyalar artıq onun müdafiə sənayesi bazasına zərər vurmağa başlayır və bu, Rusiya ordusunun yüksək dəqiqlikli sursat ehtiyatını doldurmasını çətinləşdirir.

Tv 713. az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmisi deyib.

“Gördük ki, onlar çoxlu sayda yüksək dəqiqlikli silah istifadə etdilər. İndi onlar Mariupolu idarə olunmayan raketlərə vurmağa davam edirlər. Bu da onu göstərir ki, onlar yüksək dəqiqlikli sursatların yerini doldurmaqda problemlər yaşayırlar. Hesab edirik ki, xüsusən elektron komponentlərə tətbiq olunan sanksiyalar Rusiyanın hərbi-sənaye bazasının imkanlarına və onların yenidən təchizat qabiliyyətinə təsir göstərib”, - Pentaqon rəsmisi bildirib.
10-05-2022, 14:20
Вернуться назад