ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Co Baydenin Ukrayna üçün tələb etdiyi 33 milyard dollarlıq yardım paketini 40 milyard dollara qədər artıraraq təsdiq edib.
Tv 713. az xəbər verir ki, sözügedən maliyyənin böyük əksəriyyəti Ukraynaya müdafiə yardımına ayrılacaq.
Paket Senat tərəfindən təsdiqləndikdən sonra imzalanması üçün Prezident Co Baydenə təqdim ediləcək.