DataLife Engine / Qəbul imtahanında bu məhdudiyyət ləğv edildi

Qəbul imtahanında bu məhdudiyyət ləğv edildi

Qəbul imtahanında bu məhdudiyyət ləğv edildi


Dövlət İmtahan Mərkəzi (DİM) doktorantura səviyyəsində xarici dil üzrə qəbul imtahanı verəcək iddiaçılarına müraciət edib.

Tv 713. az xəbər verir ki, DİM-in məlumatına əsasən mərkəzin doktorantura səviyyəsində xarici dil üzrə qəbul imtahanı zamanı müvafiq magistratura ixtisaslaşmasını (filologiya, (xarici dil və ədəbiyyat üzrə dilşünaslıq və ya ədəbiyyatşünaslıq), xarici dil və ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi və tərcümə ixtisasları üzrə) bitirən namizədlərin xarici dil seçiminə qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı Təhsil Nazirliyinə ünvanladığı məktuba aidiyyatı üzrə baxılmış və müsbət qərar verilib.

Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın 3.10-cu bəndini nəzərə alaraq yuxarıda qeyd olunan müvafiq magistratura ixtisaslaşmasını bitirən namizədlər də xarici dil üzrə qəbul imtahanı zamanı ixtisaslaşma dilini xarici dil kimi seçə və ixtisaslaşma dili üzrə beynəlxalq sertifikat təqdim edə bilərlər.

Xatırladaq ki, xarici dil imtahanına qeydiyyat növbəti həftə ərzində elan olunacaq.
11-05-2022, 19:05
Вернуться назад